Kanada Viza Müraciət Mərkəzinin internet səhifəsinə xoş gəlmisiniz. VFS Global Kanada Hökuməti üçün Azərbaycanda viza müraciətçilərinə texniki dəstək göstərən özəl xidmət təminatçısıdır.
Biometrik məlumatların toplanılmasına dair 31 iyul 2018-ci il tarixindən effektiv olan vacib dəyişiklik
Əgər Siz Avropa, Orta Şərq, Afrika ölkələri vətəndaşısınızsa və ya Sizin ölkəniz artıq biometrik tələb olunan ölkələr siyahısındadırsa 31 iyul 2018-ci il tarixindən səyahət, təhsil, iş vizalarına yaxud daimi yaşayış vizalarına müraciət zamanı Viza Müraciət Mərkəzində barmaq izləri verməyinizə ehtiyac ola bilər. Daha ətraflı məlumat üçün zəhmət olmasa Canada.gc.ca/biometrics səhifəsinə keçid alın.
Görüş vaxtının təyin edilməsi mütləq deyil və görüş vaxtı almadan yaxınlaşan ərizəçilər iş saatları müddətində buyura bilərlər. Sadəcə diqqətdə saxlamağınız xahiş edilir ki, müvafiq qaydada vaxt alıb yaxınlaşan ərizəçilərə üstünlük veriləcəkdir. Görüş vaxtı almaq Viza Müraciət Mərkəzində narahatçılığa səbəb olan uzun gözləməni aradan qaldırmaqla lazım olan xidməti dərhal ala bilməyinizə yardımçı olacaqdır. Siz Görüç Vaxtını ən yaxın Viza Müraciət Mərkəzində müvafiq səhifədə və ya +994 12 538 57 44 nömrəsinə zəng etməklə ala bilərsiniz.
Müvəqqəti yaşayış vizası, təhsil və iş icazələri üçün ərizəçilər biometrik məlumatları 10 il müddətində bir dəfə təqdim etməlidirlər; və artıq biometrik məlumatlarını təqdim edən şəxslər də bu təşəbüsdən yararlanacaq.Daimi yaşayış kateqoriyası müraciətçiləri isə hər müraciətdə biometrik məlumatlar təqdim etməlidirlər.
Bütün müraciətçilər Kanada İmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Bürosu (IRCC) – nun saytında olan ərizə formalarının və müvafiq sənədlərin yoxlanılması siyahılarının ən son versiyalarını təqdim etməlidirlər. Zəhmət olmasa formalar və təlimatlar üçün səhifəyə keçid alın.
Pasportunuzun təqdim edilməsinə dair bildiriş almısınız?
Sadəcə biometrik məlumatlarınızı təqdim etməlisiniz?
Biometrik məlumatlarınızı bu Viza Müraciət Mərkəzində necə təqdim edəcəyinizə dair məlumatla tanış olun.
Əgər Siz artıq ərizənizi Viza Müraciət Mərkəzinə təqdim etmisinizsəç ərizənizin statusunu bilmək üçün
Bu səhifəyə keçid alınSizə ən yaxın Viza Müraciət Mərkəzini müəyyən edin. Zəhmət olmasa aşağıda yaşadığınız ölkəni seçin.